Nazarovdan məhsuldar ötürmə
23.01.2021 , 15:06
Almaniya II Bundesliqasında XVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çəxış etdiyi “Ersgebirge” səfərdə “Osnabryuk”a qalib gəlib – 1:0.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. 51-ci dəqiqədə sarı vərəqə alan millimizin üzvü komandasının yeganə qolunda məhsuldar ötürmə ilə pay sahibi olub.
“Ersgebirge” hazırda 25 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.