“Mançester Siti”nin futbolçusu Samir Nəsri bir daha Fransa millisində oynamayacağını açıqlayıb.
Korner.az-ın məlumatına görə, Fransa telekanallarındna birinə danışan 28 yaşlı oyunçu bildirib ki, atası belə millini çalışdırsa, qərarını dəyişməyəcək:
“Millini atam çalışdırsa da, oynamayacam. 2012-ci ildə millidəki karyeramı başa vurmuşdum. Ancaq atam məni 2014-cü ildə keçiriləcək dünya çempionatında oynamağa razı saldı. Turnir öncəsi klubumla yaxşı mövsüm keçirmişdim. Göstərəcilərim yaxşı idi. Dünya çempionatı üçün milliyə çağırılmadığıma görə çox təəssüflənmişdim”.
