Topaz Premyer Liqasının XIV turunda “Qəbələ” öz meydanında “Keşlə”ni qəbul edib. Oyun qonaqların 3:0 hesablı məğlubiyyətilə yekunlaşıb.
Oyundan sonra keçirilən mətbuat kofransında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
“Qalib gəldik və yaxşı oynadıq. Əhvalımız yüksəkdi, oyundan razıyıq, amma bilirik ki, hələ qabaqda çox oyun var”
– Qış fasiləsinə az qalıb. Komandadan göndərəcəyinz futbolçular olacaqmı?
– Hazırda bunu deyə bilmərəm. Çünki hələ özüm də bilmirəm. Ola bilsin ki, hansısa qərarlar qəbul edilsin, lakin hazırda heç bir şey deyə bilməyəcəm.
– Komandada hansı dəyişikliklər oldu ki, hücumda məhsuldarlığınız artdı?
– Vaxt gedir və biz də çalışırıq. Əlbəttə ki, yaxşılaşma bizdə də oldu. Başa düşürük ki, nəticə üçün inkişaf etmək lazımdı. Razıyıq. Yenə də deyə bilmərəm ki, potensialımızın 100% istifadə edirik. Əlimizdə olanları daha yaxşı etmək üçün vaxtımız var.