Mundialın 2500-cü qolu
29.06.2018 , 13:56

Tunis millisinin futbolçusu Faxreddin Ben-Yussef dünya çempionatlarının tarixinə düşüb
27 yaşlı hücumçu mundialların 2500-cü qolunu vurub.
O, DÇ-2018-in 3-cü turunda Panamaya qalib gəldikləri görüşün (2:1) 51-ci dəqiqəsində bərabərlik qoluna imza atıb.
1-ci qol. Lüsyen Loren (Fransa, DÇ-1930)
500-cü qol. Bobbi Kollinz (Şotlandiya, DÇ-1958)
1000-ci qol. Rob Rensenbrink (Hollandiya, DÇ-1978)
1500-cü qol. Klaudio Kanica (Argentina, DÇ-1994)
2000-ci qol. Markus Olbak (İsveç, DÇ-2006)
2500-cü qol. Faxreddin Ben-Yussef (Tunis, DÇ-2018)
