“Çelsi” klubunun baş məşqçisi Xose Mourinyo mövsümün ilk qarşılaşmalarının birində hakimlə mübahisə edib.
Korner.az-ın məlumatına görə, Mourinyo “NK Olimpiya”ya qarşı keçirilən yoldaşlıq oyununda hakimlə bir neçə dəfə mübahisə edib. Dieqo Kosta və Kurt Zumanın qolları ilə qələbə qazanan (2:1) “Çelsi”nin çalışdırıcısı hakimi “zadəganlar”ın iki qolunu qeydə almamaqla günahlandırıb.
Hakim isə: “Mənim qərarlarıma hörmət etməlisən”, – deyə iradını bildirib. “Special One” ləqəbli mütəxəssis isə hakimə: “Başını qaldırıb ekrana baxsaydın qol olduğunu görərdin”, – cavabını verib.