“Monako” baş məşqçisi ilə yollarını ayırıb
11.10.2018 , 16:45
Fransanın “Monako” klubu baş məşqçisi Leonardo Jardim ilə yollarını ayırıb
Bu barədə klubun rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, Jardim 2014-cü ildən “Monako”ya rəhbərlik edirdi. Komanda bu mövsüm Fransa çempionatında keçirdiyi 9 oyundan 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.