big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Mirça Rednik: “Tuyqun Nadirov mənə zəng edib geri qayıtmağı xahiş etdi” (MÜSAHİBƏ)

01.08.2013 , 08:43

"Vitse-prezident mənə zəng edib geri qayıtmağı xahiş etdi"

 

"Xəzər Lənkəran" azarkeşləri xeyli vaxtdı postundan ayrılmasına baxmayaraq sevimlisi olmaqda qalan Mirça Rednik uzun fasilədən sonra müsahibə verib.
Korner.az-ın məlumatına görə, "Futbol+" qəzetinə danışan rumıniyalı mütəxəssis bir çox maraqlı məqamlara toxunub. Həmin müsahibənin əsas hissələrini sizə çatdırırıq:

 

– Lənkəran, "Xəzər Lənkəran", Bakı və ən əsası Azərbaycan üçün darıxırsızmı?
– Azarkeşlər üçün çox darıxıram. Onların qəlbimdə xüsusi yeri var. Son günə qədər dəstəklərini əsirgəmədilər, bizləri saatlarla ayaq üstə gözlədilər, qarşıladılar. Ancaq başqa məqamlara gəlincə… Orda mənə qarşı haqsızlıq oldu. Rəhbərlik bir neçə futbolçunun sözünü mənim dediklərimdən üstün tutdu. İndiyə kimi unuda bilmirəm.

– "Standard"dan ayrılandan sonra karyeranızı yenidən Azərbaycanda davam etdirmək haqda düşünmədiz?
– "Xəzər Lənkəran"ın ispan məşqçisi komandadan ayrılandan sonra baş məşqçi postu boş qalmışdı. Həmin vaxt vitse-prezident Tuyqun Nadirov zəng vurub "Xəzər Lənkəran"a qayıtmağımı istədi. Mövsüm hələ başa çatmamışdı. "Standard"la müqaviləm hələ davam edirdi. Ona görə razılıq vermədim., belədə Toşakla anlaşdılar. Vitse-prezidentə dedim ki, "Xəzər Lənkəran" mənə doğma klubdu, nəvaxtsa ora qayıdacam.

– Kamranın sizdən niyə xoşu gəlmirdi?
– Özündən soruşun, deyəcək.

– Soruşmuşuq, heç nə demir.
– Ona görə ki, tələbkar məşqçiyəm , nizam-intizama xüsusi diqqət ayırıram, futbolçuları bir-birindən ayırmıram. Mənim üçün ulduz futbolçu meydanda olur, kənarda yox. O da bunları çox yaxşı bilirdi.

– Keçmiş komandanızın avrokubokdakı çıxışından xəbərdarsız?
– Hamıya məlumdu, nəsə danışmaq artıq olar. Komandanın 0:8 hesabıyla uduzduğunu bilirəm. Orda dostlarım qalıb, bəzən onlarla danışıram, hər şeyi mənə xəbər verirlər. 

– Bu xəbəri eşidəndən sevindiz, yoxsa kədərləndiz?
– Mənə münasibətdə hansı addımın atılmağına baxmayaraq, kluba könül verən azarkeşləri gözümün önünə gətirib üzüldüm. Sevinməyim mümkün deyil. Bu komandanın çörəyini yemişəm, birlikdə pis-yaxşı günlərimiz olub. Necə sevinə bilərəm?

– Sizcə, faciəvi məğlubiyyətin səbəbi nədi?
– Komandanın içində olmadığımdan heç nə deyə bilmərəm. Xahiş edirəm, belə suallar verməyin, yoxsa danıçmayacam.

– Gedəndə yenidən Lənkərana gələcəyiniz, dostlarla görüşəcəyinizi demişdiz. Ancaq birdəfəlik getdiz.
– Mən heç vaxt yalan danışmıram. Nəsə deyirəmsə, sözümün arxasında dururam. Başım qarışıq idi, işlərimin çoxluğusəfərimi əngəlləyirdi. İndi bu haqda düşünürəm. Avqustun sonlarına yaxın millilərin toplanışı ilə bağlı fasilə yaranacaq. Fürsətdən istifadə edib Lənkərana getmək istəyirəm.

– Toşakın yerinə?
– Yox-yox, bu əsla ola bilməz.

Son yazılar

To Top