21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.
Korner.az– ın məlumatına görə, toplanış oktyabrın 5-dən 17-ə qədər İspaniyanın Marbelya şəhərində baş tutacaq.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.
Qeyd edək ki, hazırda U-17 yığmamız da İspaniyada hazırlıq keçir.
