Milli Fransaya qalib gəldi
21.06.2021 , 16:40
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Korner.az xəbər verir ki, Fransa yığması ilə qarşılaşan komanda Sabir Allahquliyevin vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.
Millimiz növbəti oyununu sabah İsveçrə yığmasına qarşı keçirəcək.