Milli 9-cu oldu
03.09.2022 , 15:58

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində çıxışını başa vurub.
Korner.az xəbər verir ki, 9-cu yer uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələn komandamız 5:2 hesablı qələbə qazanıb. Millimizin heyətində Amid Nəzərov (4) və Sabir Allahquliyev fərqlənib.
