"Liverpul" klubu ötən mövsüm böyük ümidlərlə heyətinə qatdığı Mario Balotelli ilə yollarını ayırmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, italyan futbolçu mövsüm sonuna qədər "Olimpiakos"da oynaya bilər. Balotellini icarə əsasında heyətinə cəlb etmək istəyən yunan klubu 2.5 milyon avronu ödəməyə hazırdı.
Xatırladaq ki, Mario Balotelli bu mövsüm "Liverpul" forması altında 16 oyunda 2 dəfə fərqlənib (Football İtalia)