Mika Riçard karyerasını başa vurdu
27.07.2019 , 19:59

Futbolçu Mika Riçard karyerasını başa vurub.
Korner.az xəbər verir ki,bu barədə Britaniya mətbuatına açıqlamasında bildirib.Riçard 31 yaşında karyerasını başa vurmaq məcburiyyətində qalıb.
Futbolçunun bu qərarına 2016-ci ildə aldığı zədə səbəb olub.”Mançester Siti”nin yetirməsi olan futbolçu peşəkar karyerasına da məhz bu komanda da başlayıb.
