Mesut Özildən xeyirxah addım
04.05.2020 , 19:17
“Arsenal”ın futbolçusu Məsut Özil nümunəvi addım atıb.
Korner.az xəbər verir ki, futbolçu ehtiyacı olan insanlara kömək məqsədiylə Türkiyə Qırmızı Aypara Cəmiyyətinə 713 min TL yardım edib.
Həmin pulla Türkiyədə 16 min, Somalidə 90 min nəfərlik iftar veriləcək, 1000 ailəyə isə ərzaq yardımı ediləcək.