Messi bunu da bacardı
23.12.2018 , 12:09

“Barselona”nın futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.
Argentinalı hücumçunun rekordu İspaniya La Liqasının 17-ci turunda “Selta” ilə görüşdə (2:0) qeydə alınıb.
Qarşılaşmada komandasının 2-ci qoluna imza atan 31 yaşlı futbolçu bu mövsümdə 15-ci dəfə fərqlənməyi bacarıb.
O, “Top-5” liqalarında son 11 mövsümdə ən azı 15 qol vurmağı bacaran yeganə futbolçudur.
