Messi ABŞ klubunda?
04.05.2023 , 10:52
ABŞ-ın “İnter Mayami” klubu Lionel Messini komandaya cəlb etmək istəyir.
Korner.az-ın məlumatına görə, ABŞ təmsilçisinin rəsmiləri argentinalı futbolçu ilə görüşüb. Görüşün təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, PSJ-də xoşbəxt olmayan Messinin xidmətində sabiq klubu “Barselona” da maraqlıdi.