Mehmet Özil nişanlandı – Foto
15.01.2019 , 21:16

“Arsenal”ın futbolçusu Mehmet Özil uzun müddətdir birlikdə olduğu Amine Gulşe ilə nişanlanıb.
Nişan mərasimindən fotonu sosial media hesabından paylaşan futbolçu “Allahın iznilə sonsuzadək birlikdə” sözlərini yazıb.
Qeyd edək ki, məşhur futbolçunun nişanlısı, manken və aktrisa olmaqla yanaşı, eyni zamanda “Miss Türkiyə-2014” gözəlllik yarışmasının qalibidir. Onlarin sevgi münasibətləri 2014-cü ildən yaranıb.
