“Sumqayıt”ın Antalyada ilk oyunu
16.01.2019 , 09:40

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” qardaş ölkədə bu gün ilk yoxlama matçını keçirəcək.
Ayxan Abbasovun komandası dünən güclü yağışa görə təxirə salınmış oyunda Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 13:00-da start götürəcək.
Qeyd edək ki, “Sumqayıt” Antalyada bundan başqa, daha 3 yoxlama oyunu keçirəcək. Komanda kollektiv yanvarın 19-da Bosniya və Herseqovinanın “Çelik”, 22-də Makedoniyanın “Vardar”, 26-da isə Serbiyanın “Zemun” klubu ilə üz-üzə gələcək.
Yoxlama oyunu
16 yanvar
13:00. “Sumqayıt” (Azərbaycan) – “Jetısu” (Qazaxıstan)
