Dünən “Barselona”dan ayrılan Xavyer Maskeranonun yeni klubu müəyyənləşib.
33 yaşlı müdafiəçi karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirəcək. O, yanvarın 26-ı rəsmi müqaviləyə imza atacaq.
Maskerano 2010-cu ildən “Barselona”nın şərəfini qoruyurdu. O, Kataniya klubunda 334 matçda iştirak edib.