Dünən final matçında oyunun yeganə qolunu vuraraq komandasına dünya kubokunu qazandıran Almaniya millisinin futbolçusu Mario Qötze Argentina üzərindəki qələbəni şərh edib.
Korner.az-ın verdiyi xəbərə görə, gənc futbolçu vurduğu qolla xəyallarını gerçəkləşdirdiyini bildirib:
“Komandamın qələbə qolunu vurduğum üçün çox sevinirəm. Həmin epizodda sadəcə topa vurdum və qol oldu. Xəyallarım gerçəkləşdi. Braziliyada qazandığımız bu uğura görə komandamla qürur duyuram”.
