Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”in baş məşqçisi Roberto Mançini 5-ci turunda “Dnepr”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Korner.az-ın məlumatına əsasən o “Qarabağ”la oyunun daha rahat olacağını deyib.
“Bizim üçün qələbə qazanmaq çox vacib idi ki, Azərbaycanda birinci yer haqda düşünməyək. Futbolçularım xarakter nümayiş etdirdilər. İndi İtaliya A seriyasında “Roma”ya qarşı oyunu düşünürük”.
