"Mançester Yunayted" klubunun müdafiəçisi Aleksandr Bütner karyerasını Moskva "Dinamo"sunda davam etdirəcək.
Korner.az-ın məlumatıına görə, holland futbolçu bu gün səhər tibbi müayinədən keçmək üçün Rusiyanın paytaxtına gəlib.
Tibbi baxışdan sonra Bütnerin klubu ilə müqavilə imzalayacağı gözlənilir. Deyilənə görə müdafiəçinin məvacibi 2 milyon avro olacaq.