“Mançester Yunayted” klubunun futbolçusu David de Hea “Vest Hem”ə qarşı keçirdikləri matçı şərh edib.
Korner.az-ın məlumatına görə, ispan qapıçı şəxsi Tvitter hesabında:
“Mançester Yunayted” heç vaxt təslim olmur. Bu gün çətin oyun oldu. Biz mübarizə aparmaqda davam edəcəyik”, – sözlərini yazıb.
Qeyd edək ki, matç 1-1 hesabı ilə başa çatıb.