İsveçrəinin Nyon şəhərindəki mənzil-qərarhagında 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkünün atılması haqda sizi məlumatlandırmışdıq.
Korner.az-ın məlumatına görə, ölkə kubokunun finalçısı kimi Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Xəzər Lənkəran”ın bəxtinə Maltanın “Sliema Vanderers” klubu düşdü.
Cənub klubu üçün əsl “yem” olan “Sliema Vanderers” daxili çempionatdakı göstəriciləri ilə bir daha nəyə qadir olduğunu isbatlamış olur. “Ağ-yaşıllar”ın rəqibi Malta çempionatında mövsümü üçüncü pillədə yekunlaşdırıb. Komanda istər doğma azarkeşləri önündə, istərsə də səfərdə eyni göstəricilərə malikdi. Belə ki, keçirdiyi 32 oyunda 16 qələbə qazanan Vanderers təmsilçisi 6 heç-heçə edərkən, 10 dəfə rəqibləırini sevindirib
Doğma meydanda keçirdiyi 16 oyunun deməkj olar ki, hamısında qol buraxan klubun ev oyunlarındakı göstəricisi belədi – 16:17.
“Xəzər Lənkəran”ın bəxtinə düşən komanda statistikaya inansaq “Fırtınalar Meydanı”nda heç-heçəyə belə ümid bəsləməməlidi. Çünki daxili çempionatda iddialılara qarşı (“Hibernias”, “Valetta”) oyunlarda xal qazanmaq “Sliema Vanderers” üçün mümkünsüzə çevrilib.
Daha bir maraqlı məqam isə “Sliema Vanderers”ın 2005-ci ildən sonra avrokuboklarda qol vura bilməməsidi. Belə ki, bu müddətdə 9 avrokubok matçına çıxan klub bu oyunların heç birində qol sevinci yaşaya bilməyib.
Bu statistikalara inansaq Malta təmsilçisi nə ki, mərhələ adlaya biləcək, hətta “Xəzər Lənkəran”ın avrokuboklarda parlaq qələbələrindən birinin qazanmasına yardımcı olacaq.
Sonda onu da qeyd edək ki, 40 ildir Avropada oynayan “Slima” bu müddətdə cəmi 4 dəfə mərhələ adlayıb.
Səxavət QURBANOV