Mahmudovun 40-cı qolu
08.04.2024 , 12:47

Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, “Neftçi”nin kapitanı Misli Premyer Liqasının 29-cu turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib.
Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017/18 mövsümündən “Neftçi”nin formasını geyinir.
Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.
