big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Mətbuat konfransının qalmaqallı adamı danışdı: “Böyükağa Hacıyevə yerini göstərmək istədim” (MÜSAHİBƏ)

16.12.2012 , 12:43

"Xəzər Lənkəran" – "Neftçi" matçından sonra keçirilən mətbuat konfransında baş verən qalmaqal haqda elə oyun günü yazmışdıq. Xatırladaq ki, "ağ-qaralar"ın çalışdırıcısı Böyükağa Hacıyev oyun barədə danışarkən zaldakı jurnalistlərdən biri ayağa qalxaraq "siz saxta yolla çempion olmusuz, nə qədər AFFA və PFL var, yenə çempion olacaqsız" demiş və Hacıyevlə "atışmışdı". Sonradan həmin şəxsin ad-soyadını dəqiqləşdirdik: Elşad Səfərli. Məlum oldu ki, PFL-də "Proloq" qəzetinin əməkdaşı kimi qeydiyyatdan keçib. İndi isə məlum olur ki, E.Səfərli "Xan Lənkəran" Futbol Azarkeşləri klubunun üzvüdü. Filalogiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dossenti, 10-dan artıq kitabın, 2 monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi olan qalmaqallı adam elə üzvü olduğu "Xan Lənkəran"a müsahibə verib.

 – Elşad müəllim, mətbuat konfrasında nə baş vermişdi?

– Əslində, orda elə də şişirdiləsi bir hadisə baş verməmişdi. Mən hər bir lənkəranlının davranmalı olduğu kimi davrandım. Burada təkcə lənkərançılıqdan yox, həm də insanlıqdan söhbət gedir. Sədəcə olaraq Böyükağa Hacıyevin özünü uşaq kimi aparması məni özümdən çıxartdı. Balaca uşağın atası ona velosiped sürməyi oyrədir, sonra uşaq qaçaraq evə gəlir, anasına lovğalanıb necə gözəl velosiped sürməyindən danışır. Sən demə, sürən zaman atası arxadan velosipedu tutubmuş. Böyükağa müəllim də özünü yaşına yaraşmayan tərzdə apardı. Onun lovğa sözləri başqa məşqçiləri aşağılamaq kimi görünürdü. Məhz bu səbəbdən ona bildirmək istədim ki, bütün Azərbaycanın əli üzərinizdədir. Hamı sizə köməklik edir. Heç olmasa lovğalanmayın. Düz söz adamı yandırır axı.

 – Düz söz deyəndə ?

– Düz söz deyəndə, hansı televiziya kanalını açırsan, "Neftçi", "flaqman", hansı qəzeti açırsan "flaqman", hansı sayta baxırsan "flaqman". Bu nə bəla "Flaqman" oldu axı? Az qalıb ki, soyuducudan da "flaqman" çıxsın. "İdman Azərbaycan" kanalının "Nostalji" rubrikasında ancaq "Neftçi"nin oyunlarını göstərirlər. Bu doğru deyil. Məgər azərbaycanda təkan veriləsi başqa komandalar yoxdur. Hamı bilir ki, AFFA və PFL "Neftçi"yə köməklik edir. bunu danmaq olmaz. Heç olmasa lovğalanmasınlar.

 – Bəs niyə mətbuat və "Xəzər Lənkəran" fanklubları sizin kimliyinizi açıqlamır?

– Bu gün mətbuat orqanlarında çalışanların çoxu "aptekdə badımcan satanlar"dır. Əsasən də Lənkəranda fəaliyyət göstərən bəzi "mətbuat işçiləri"nin əsil jurnalistikadan xəbəri yoxdur. Əlbəttə, onlar bunu gizlədəcəklər. Dərmansatan nə bilir jurnalistika nədir? O hadisə baş verən an zalda bir çox "lənkəranlı" jurnalist vardı. Görünür, qısqanclıqdan kim olduğumu gizlədiblər. Mənim reklama ehtiyacım yoxdur. Heç etdiyim işi də qəhrəmanlıq hesab etmirəm. Mən sadəcə borcumu yerinə yetirdim. Bu bütün lənkəranlıların borcudur. Heç kimin ixtiyarı yoxdur ki, gəlib Lənkəranda yuxarı başda oturub lənkəranlılara yuxarıdan-aşağı baxsın. Mən bir "Xan Lənkəran"lı olaraq buna yol verə bilməzdim.

Son yazılar

To Top