big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Məşqçi əlcək deyil (YAZI)

12.01.2014 , 14:36

Azərbaycan futbolunda ən populyar hadisə məşqçi dəyişiklikləridi. Elə
klublarımızın yerində addımlamasının başlıca səbəblərindən biri də məhz budur.
Futbola sərmayə buraxan şəxslərin idmanın nədən ibarət olduğunu bilməməkləri
belə acı fəsadlara gətirib çıxarır. Məsələn, əcnəbi məşqçi dəvət etdikdə, onun
istənilən havanı sifariş etməsindən asılı olmayaraq, dərhal oynamağa hazır olan
klub prezidentləri, yerlilərə ümumiyyətlə, uzunmüddətli etimad göstərmirlər.
Əlbəttə, “Qarabağ”ı istisna hal kimi göstərmək olar. Ancaq maraqlı fakt ondan
ibarətdir ki, Ağdam təmsilçisinin başında dayanan şəxs azərbaycanlı deyil. Nə
isə, qayıdaq acınacaqlı problemimizə.

Bu mövsümün əvvəlində “Skenderbeu” səddini aşa bilmədikdən sonra
istefa verən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevi Tərlan Əhmədov
əvəzlədi. İkinci dövrənin ortalarında isə Əhmədova da qapını göstərən rəhbərlik
Nazim Süleymanovla iş birliyinə start verdi. Süleymanovun rəhbərliyi altında da
komanda sabit oyun nümayiş etdirmirdi. Axı necə etdirsin? Təlim-məşq
toplanışını keçən Hacıyev, oyunçu seçimini edən yenə də Hacıyev, axı yeni
məşqçi nə dəyişə bilər? İndi də Süleymanovla da yolları ayırdılar. Uduzublar
ÇL-də, nə olsun? Guya, ötənilki nəticəni çıxmaq şərti ilə, “Neftçi” nə vaxtsa
hansısa nəticəylə öyünüb? İndi “ağ-qaralar” demək olar ki, əllərini
çempionluqdan üzüblər. Etiraf etməsələr də, bu, belədir. Belə olmasaydı, nəyə
görə transfer çalışmalarından imtina edərdilər?!

Daha acınacaqlı vəziyyət “Rəvan”da müşahidə olunur. Paytaxt
təmsilçisinin rəhbərliyi belə neçə baş məşqçi dəyişdiyini dəqiq bilmir. Hər il
eyni ssenarini təkrarlayan “Rəvan”ın ümumiyyətlə, hansı məqsədlərə qulluq
etdiyi anlaşılmazdır.

Bəs əslində necə olmalıdır? Məşqçi dəyişikliyinə nə vaxt ehtiyac
duyulur. Eyni mütəxəssislə yolu davam etdirməyin ansı müsbət tərəfləri var?

Bu suallara cavab tapmaq üçün bir neçə misala ehtiyac duyuruq.
Kaxaber Sxadadze və Qurban Qurbanov nümunələri əyani sübutdur. Sxadadze minimum
büdcəylə komandasını daim turnir cədvəlinin zirvəsində saxlayır. Bəli, cari
mövsümün startında “İnter” biabırçı çıxış etdi. Lakin bu anda da klub
rəhbərliyi məşqçiyə dayaq oldu. Ona hədsiz güvəndiyini nümaiş etdirən
“bankirlər” müqavilə müddətini uzatdılar. İlk dövrəni biabırçı şəkildə keçirən
ötən ilin bürünc mükafatçıları, 2-ci dövrədə “qəflət yuxusu”ndan ayıldı.
Tədricən üst sıralara yüksələn kollektiv yenidən UEFA zonasında mübarizə aparan
komandalar sırasına qoşulmağa özündə qüvvə tapdı. Bunun başlıca səbəbi
Sxadadzenin uzun müddətdir ki, “İnter”in “sükanı arxası”nda dayanmasıdır.
Mütəxəssis qısa zaman kəsiyində komandasını böhrandan çıxarmağı bacardı.

Eyni fikirləri Qurban Qurbanova da ünvanlamaq olar. İstedadlı məşqçi
dəfələrlə “Qarabağ”la çətinə düşsə də, vəziyyətdən hər dəfə alnıaçıq çıxmağı
bacarıb. Qurbanovun komandası avrokuboklarda da ən sabit Azərbaycan klubu
statusunun daşıyıcısıdı.

İstənilən komandada məşqçi dəyişikliyinə ehtiyac duyulur. Bu, bir
neçə səbəbdən irəli gələ bilər. Məsələn, hansısa mütəxəssis bir klub üçün
tükənir. Yəni bu komandada mümkün olan bütün uğurları əldə edir və mütləq özünə
yeni iş yeri axtarmalı olur. Daha bir hal mümkündür. Məsələn, çempionatın
gedişatında komanda gözlənilənləri vermir və belədə, məşqçi ya özü getməyi
qərara alır, ya da onu istefaya göndərirlər. Məsələn, Con Toşak kimi. Qall
mütəxəssisin “Xəzər Lənkəran”dakı işləri heç cür düz getmədi və o, istefa
verməyi qərara aldı. Bu cür hallar, istisna kimi qəbul olunur.

Əsasən isə məşqçi dəyişiklikləri çempionat başa çatdıqdan sonra
həyata keçirilir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, yeni komanda
formalaşdırmaq üçün istənilən mütəxəssisin zamana ehtiyacı olur. Yayda
təlim-məşq toplanışı keçməklə yanaşı, yeni gəlmiş mütəxəssis dəvət etdiyi
debütantları da istədiyi şəkildə baxışdan keçirməlidi. Eyni zamanda
yetirmələrinə düşündüyü oyun sxemini aşılamaq üçün də zamana ehtiyac duyur.
Hətta bu zaman kəsiyi də məşqçiyə kifayət etməyə bilər. İstənilən məşqçiyə heç
olmaas 2 il vaxt verilməlidi ki, fikirlərində olanı həyata keçirsin.
Azərbaycanda buna rast gəlirikmi? Böyükağa Hacıyev “Skenderbeu”ya uduzdu,
dərhal istefa. Diniyev heç yatmadıda ki, bir yuxu görsün. AZAL? Axı, Vaqif
Sadıqov nə etsin ki, klub rəhbərliyi simicdi?! Çıxıb özü oynayası deyil ki…
“Simurq”? Bu komandanın da ev oyunları ilə bağlı ciddi problemləri var idi və
demək olar ki, cari mövsümü Georgi Çixradze yox, “Simurq” rəhbərliyinin səriştəsizliyi
boşa verdi. “Qəbələ” isə nadir hallarda rast gəldiyimiz hadisə hesabına üzdədi.
Yuri Syomin həqiqətən də güclü mütəxəssisdi. O, Azərbaycan reallıqlarına tez
alışdı. Kim deyə bilər ki, “Qəbələ” gözəl futbol oynayır? Etiraf etmək lazımdır
ki, “Qarabağ”, “Neftçi”, bəzi hallarda “Bakı” və “İnter” belə “Qəbələ”dən daha
gözəgəlimli futbol sərgiləyirlər. Bəs nəyin hesabına Syominin komandası 2-ci
pillədədir? Sadə oyun, hər bir futbolçunun məşqçi fikirlərini dəqiqliyi ilə
yerinə yetirməsi. “Qəbələ”nin dəst-xətti sadə olmaqla yanaşı, nəticə verməyə
hesablanıb. Diqqət yetirin, daha güclü rəqiblərlə Syominin komandası nə qədər
xal itkisinə məruz qalsa da, ortabab və zəiflərlə qələbələri sıralayır. Əsas
rəqibləri isə məhz Premyer Liqanın çobalayan kollektivləri ilə görüşlərdə aciz
görünürlər. Deməli, Syomin çempionatımızın nəbzini tutmağı bacarıb. Lakin
yuxarıda qeyd etdiyimiz kimi, Yuri Pavloviç istisna haldır.

Uzun illər Aleks Ferqyusson “Mançester Yunayted”in “sükanı arxası”nda
dayandıqdan sonra, məşqçi dəyişikliyi baş verdi. Bu gün “mankunianlar” neçənci
yerdədi? Heyət eyni olsa da, nəticələr fərqlidi. Səbəb məşqçi dəyişikliyidi.
Lakin Azərbaycanda heç bir yerli mütəxəssisə nə şərait yaradılır, nə da vaxt
verilir. Buna görə də sabit komanda statusu daşıyan kollektivlərin sayı olduqca
azdır. Diqqət yetirin: “Qarabağ” və “İnter”. Hər ikisinin prezidenti əcnəbidi.
Bizimkilər isə. Uzağa getmirəm, “Neftçi”də cari mövsümdə 3-cü məşqçi
dəyişikliyi baş verdi. Buna deyirlər “qaşınmayan yerdən qan çıxarmaq”. ÇL-dəki
uğursuzluq çoxdan unudulsa da, çempionatdakı çalxalanma hələ çox su aparacaq.

Məşqçi dəyişikliklərinin fəsadları barədə kifayət qədər bəhs etdik.
Ümid edək ki, bu yazı cüzi də olsa, klub prezidentlərini daha peşəkar
davranmağa sövq edəcək və nəticədə udan, təbii ki, Azərbaycan futbolu olacaq.

İlqar Tağıyev – “Het-trik news” qəzeti

Son yazılar

To Top