Avro-2012-nin iddialı ölkələrindən olan Almaniya yığmasının futbolçusu Məsut Özil turnir öncəsi iddialı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, Madrid "Real"ının futbolçusu AÇ-2012-də ikinciliyi belə yaxşı nəticə olmadığını bildirib:
"Hədəfimiz çempionluqdur. Hazırıq və turnirin startını gözləyirik. Avro-2008-də ikinci olduq. Dünya Çempionatı 2012-da isə üçüncülüklə kifayətləndik. Final öncəsi çox səhvlərə yol verdik. Ancaq bu dəfə uğur qazanacağımıza inanıram. İkincilik bizim üçün uğursuzluq olar".