Çelsinin Çempionlar Liqasındakı qələbəsini Fransanın cənubunda istirahət edərək qeyd edən rusiyalı milyarder görənləri təəccübləndirib.
Korner.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Fransa küçələrində Rusiyanın 9-cu, dünyanın isə 68-ci milyarderi olan Roman Abramoviç kiçik elektrik avtomobillə görüntülənib.
12.1 milyard dollar sərvəti olan Abramoviçi bu maşında görən hamı təəccüblənir. O isə elektirikli avtomobilin kiçik olduğu üçün daha rahat olduğunu bildirib.
Qeyd edək ki, 2.2 milyon dollarlıq Ferrariyə sahib olan Abramoviçin maşın qarajını “yuxu qarajı” adlandırırlar. Çünki orada istənilən maşının ən son markasını tapmaq olur.
