"Barselona"dan istefa verəcəyini açıqlayan Pep Qvardiola gələn il yenidən bu vəzifəyə qayıtmağa hazır olduğunu açıqlayıb. Korner.az-ın məlumatına görə, Pep bununla bağlı belə deyib:
“Zənglərə məmnuniyyətlə cavab verəcəyəm. Amma yaxın bir neçə ayda “batareyalarımı” yenidən doldurmalıyam. Klub istəsə və həvəsləndirsə, qayıtmağa hazıram”.
Qeyd edək ki, Qvardiolanın adı İngiltərənin "Çelsi" klubu ilə birgə hallanırdı. Lakin "zadəganlar" Çempionlar Liqasının qalibi olduqdan sonra Di Matteonun komanda da qalacağı dəqiqləşib.
