“Liverpul” yeni Suarezini tapd
04.03.2019 , 17:52

İngiltərənin “Liverpul” klubu yeni mövsüm üçün hazırlıqlara başlayıb.
İngiltərə mətbuatının verdiyi məlumata görə, “qırmızılar” İspaniyanın “Selta” klubunun hücumçusu Maksimilian Gomezə elçi düşüb. “Liverpul” uruqvaylı üçün qarşı tərəfə 36 milyon paund ödəməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm “Selta”nın heyətində 23 görüş keçirib və 9 qol vurub.
