“Barselona” onunla yolları ayırdı
04.03.2019 , 18:08

İspaniyanın “Barselona” klubu daha bir futbolçusu ilə yolları ayırıb.
“Kataloniya” klubu Serxi Samper ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib. Samper bundan sonra Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edəcək.
Qeyd edək ki, oyunçu sabah Klubdan ayrılması ilə əlaqədar mətbuat konfransı keçirəcək.
