“Legiya” yenə baş məşqçi dəyişir
11.11.2021 , 11:36
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır.
Avropa çempionatından sonra Şimali Makedoniya yığmasından ayrılan İqor Angelovski Varşava təmsilçisini çalışdıra bilər. 45 yaşlı mütəxəssisin hazırkı baş məşqçi Marek Qolebiyevskini əvəzləyəcəyi gözlənilir.
Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra Marek Qolebiyevskinin ən azı mövsümün sonunadək baş məşqçi postunda qalacağı açıqlanmışdı.