“Çelsi”yə məxsus olsa da, 3 il icarə əsasında “Atletiko”nun formasını geyən qapıçı Tibo Kurtua hazırki durumundan danışıb.
Korner.az xəbər verir ki, 22 yaşlı gənc qapıçı bütün karyerasını “Çelsi”yə borclu olduğunu bildirib: “Mən bir heçdim. Məni “Çelsi” yenidən yaratdı. “Atletiko”da liqa kubokunu, çempionluğu, qazandım. Çempionlar Liqası və Dünya çempionatı həyəcanı yaşadım. Mənim üçün çox gözəl təcrübə idi.”