Konfrans Liqasının final görüşünü o idarə edəcək
13.05.2024 , 23:18

Konfrans Liqasının finalında keçiriləcək “Olimpiakos” – “Fiorentina” matçının baş hakimi məlum olub.
Korner.az xəbər verir ki, qarşılaşmanı Artur Soareş Diaş idarə edəcək.
Ona Paulu Soareş və Pedru Ribeyru kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə isveçli Qlenn Nyuberq icra edəcək.
“Olimpiakos” – “Fiorentina” görüşü mayın 29-da Afinada keçiriləcək.
