Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı
21.09.2018 , 18:50
Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb
Klublarımızdan ən yaxşı göstəriciyə malik “Qarabağ”dır.
Ağdam təmsilçisi 19,500 xalla 66-cı sırada qərarlaşıb. Avropa Liqasının qrup mərhələsində ötən gün “Sportinq”ə uduzaraq 2 pillə geriləməsinə baxmayaraq, Azərbaycan çempionu İspaniyanın “Valensiya”, İtaliyanın “Milan” kimi klublarını geridə qoyub.
Azərbaycnın digər klubu “Qəbələ” 6,250 xalla 160-cı pillədədir. “Keşlə”, “Neftçi”, “Zirə” və “Kəpəz” isə 3.700 xalla müvafiq olaraq 278, 279, 280 və 281-ci yerdə qərarlaşıb.