Klennon Yamayka klubunda
04.09.2019 , 18:55
“Keşlə”dən ayrılan Andre Klennon karyerasını ölkəsində davam etdirəcək.
Korner.az xəbər verir ki, futbolçu “Hambl Lions”a transfer olub. Bu barədə klubun saytı məlumat yayıb. Klennonla 1 illik müqavilə imzalanıb.
Yamayka millisinin üzvü 2018-2019-cu illərdə “Keşlə”də 26 oyuna 4 qol vurub.