Topaz Premyer Liqasının VII turunda “İnter” səfərdə AZAL ilə üz-üzə gəlib.
Korner.az-ın məlumatına görə, oyun 1-1 hesabı ilə başa çatıb. Qonaqların çalışdırıcısı Kaxaber Sxadadze oyun haqda bunları deyib:
“Oyuna çox pis başladıq. Belə başlanğıcı heç kim gözləmirdi. Standart epizoddan qol buraxdıq. Oyunda bir az qarışıqlıq vardı. Daha sonra oyuna nəzarət etməyə başladıq. Yenə deyirəm, biz çox pis başladıq. Daha sonra qollar vurmaq üçün imkan oldu. Amma, sadəcə, bir qol vurduq. Oyunun başlanğıcını nəzərə alsaq, sonluq normal nəticədir. Bizim vaxtımız var. İstirahət edəcəyik və daha sonra yaxşı hazırlıq keçməliyik. Qarşıdakı oyunlarda xallar qazanmalıyıq”
