Kasilyas infarkt keçirib
01.05.2019 , 19:37

“Portu” klubunda çıxış edən futbolun canlı əfsanəsi İker Kasilyas infarkt keçirib.
Dərhal xəstəxanaya yerləşdirilən İker Kasilyasın vəziyyəti tam olaraq stabildir. Qolkiper hər ehtimal bir müddət xəstəxana şəraitində nəzarətdə olacaq. O, mövsümün qalan hissəsində oynaya bilməyəcək.
Qeyd edək ki, həkimlər ona karyerasını bitirməyi məsləhət görüb.
