Madrid “Real”ının qapıçısı İker Kasilyas Çempionlar Liqasında “Atletiko” ilə final matçı öncəsi fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə,ulduz oyunçu oyun haqqında belə deyib:
“Real” tarixində onuncu Çempionlar Liqasının kubokunu qazanmağa çox yaxındır. Bunu bacarsaq, əla olacaq. İndiyə kimi çox final görüşündə oynadığım üçün məsuliyyəti daha çox hiss edirəm. Bu mövsüm ÇL-də çox yaxşı çıxış etmişik. İnanıram ki, final görüşü də bizim üçün uğurlu olacaq”.
Qeyd edək ki, “Real” – “Atletiko” (Madrid) oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.