big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Karyerasını zədənin və məşqçilərin “zədələdiyi” gəncin manifesti (MÜSAHİBƏ)

21.01.2014 , 19:05

«Məşqçilər futboldan çox geyimə, saç düzümünə qarışırdılar»

Futbolçu həyatı olduqca rəngarəngdi. Ancaq bu rəngarəngliyi yaradan təkcə istedad deyil. O qədər istedadlı futbolçular olub ki, karyeralarına başlamamış son qoyublar. Hə, burda bəxt amili ön plana çıxır. 

İstedadın olması hələ bəxtin gətirməsi deyil. Bəxtin o vaxt gətirər ki, futbolun zədə adlı fələyinə rast gəlməyəsən. Çox təəssüf ki, hər futbolçu fələkdən – zədədən yan keçə bilmir. Ozü də karyeranın əvvəlində zədəyə tuş gəlmək lap acınacaqlıdı. Azərbaycan futbolunda da belələri var. İstedadlı olsa da, zədə səbəbindən karyerasını bitirən o qədər futbolçu var ki… Onların sonradan nə işlə məşğul olduqları da kimsəyə məlum deyil. 

Korner.az-ın məlumatına görə, “Komanda” qəzeti belə futbolçulardan biri haqqında məlumat verib. Cavid Musayevi deyirik. İstedadlı, ümidverici futbolçulardan sayılırdı. Onunla bir yerdə oynayan Cavid İmamverdiyev, Araz Abdullayev, Emin Mehdiyev, Mirhüseyn Seyidov və başqaları hazırda futbolun səfasını çəkirlər. O isə futbolun cəfası – zədəsi ucbatından karyerasını erkən – 2011-ci ildə, 20 yaşında başa vurmalı olub. Hazırda Əhmədli qəsəbəsində «çay evi» işlədən Cavid, futbola məşqçi kimi qayıtmaq arzusundadı.

– Cavid, söhbətimizə sənin təqdimatınla başlayaq…

– Futbola 13 yaşında “Qarabağ”da başlamışam. İki il orda oynadıqdan sonra U-15 millisinə çağırdılar. Həmin vaxt
komandanın baş məşqçisi Mirbağır müəllim (Mirbağır İsayevi nəzərdə tutur) idi. U-15-də oynadığım vaxtlarda “Neftçi”yə keçdim. Orda çıxış edərkən U-17-yə dəvət aldım. Həmin dövrdə ciddi zədə aldım. Əməliyyatın bütün xərclərini həmin vaxt “Neftçi”nin vitse-prezidenti olan İlqar Quluzadə öz üzərinə götürdü. Bir il futbol oynaya bilmədim. Zədədən sonra “Neftçi”yə qayıdanda komandanın məşqçisi Mirbağır müəllim idi. U-19-a da dəvət etdilər. Bir müddət “Neftçi” İSM-də oynadım, ordan “Şuşa”ya keçdim. Sonra Türkiyəyə yollandım. Orda ağır zədə aldım, ayağım qırıldı. Beləcə, karyeramı bitirdim, bir daha futbol oynamadım.

– Niyə oynamadın, zədəyə görə, yoxsa başqa səbəblər vardı?

– Yox, təkcə zədəyə görə olmadı, həvəsdən də saldılar. Məşqçilər futboldan çox geyimə, saç düzümünə qarışırdılar. Saçını belə saxlama, elə geyinmə… Elə şeylərdən sonra həvəsdən düşdüm.

– Səninlə prinsip aparan məşqçi olurdu?

– Hə, olurdu. Bəzən qəsdən oynatmırdılar. Oyuna çıxıb qol vururdum, amma növbəti oyun yenə ehtiyatda qalırdım.

– Türkiyəyə necə gedib çıxdın?

– Türkiyəyə CV göndərmişdim. Elə oldu ki, bir müddət sonra çağırdılar. “Bucaspor”a getdim. Orda bir ay oynadım. Sonra Antalyaya yollandım. “Manavqatspor”la müqavilə imzalamağa hazırlaşırdım. Yoldaşlıq oyununda zədələndim, əməliyyat oldum.

– Əməliyyatın xərclərini özün ödədin?

– Xeyr, “Manavqatspor” zədəni sağaltmağı öz üzərinə götürdü.

– Futbolçu kimi karyeranı qura bilməmisən. Bəs futbola məşqçi kimi qayıtmaq fikrin var? Uşaqlarla işləyə bilərsən?

– Əlbəttə, istəyərdim belə bir şey olsun. Təcrübə keçib, çalışmaq pis olmazdı.

– Yəqin məşqçilərindən öyrəndiklərin sənə kömək olar…

– Bəli. Ən çox çalışdığım məşqçi Mirbağır İsayev olub. 15-19 yaşlarımda onun rəhbərliyi altında oynamışam. Ümumilikdə isə altı müəllimim olub.

– Mirbağır İsayev indi AFFA-nın elit layihəsinin rəhbəridi.

– İndi şərait daha yaxşıdı. Bizim dövrdə uşaq futboluna diqqət göstərmirdilər. Elə vaxt olurdu ki, asfaltda məşq etmişik. İndiki kimi şərait olmayıb. İndi şükür Allaha, vəziyyət yaxşıdı. Meydançalar var, hər cür şərait yaradılıb, diqqət çoxdu.

– Uşaqlığın ölkənin aparıcı klublarında oynayan futbolçularla keçib…

– Elədi. Mirhüseyn Seyidov, Emin Mehdiyevin daha da irəli getmələrini istəyirəm.

– Onlar gənc yaşlarından əsas komandanın üzvü oldular. Sənə isə zədə mane oldu…

– Hə, zədə çox tez yaxaladı məni. Üstəlik, həvəsdən də saldılar. Futboldan başqa hər şey istəyirlər.

– Əslində, necə olmalıydı?

– Mən Türkiyədə də oynamışam. Onlar futbolçudan ancaq oyun istəyirlər. Orda futbolçunun şəxsi işinə qarışmırlar. Aydındı ki, futbolçu istirahət etməlidi. Bu, vacib amildi. Orda məşqlər də fərqlidi. Türkiyədə məşqlər zamanı yorulursan. Bu yorğunluq fiziki yorğunluq olur. Burda isə adam psixoloji yorğunluq da alır. Türkiyədə məşqlərdən bezmirsən. Mən istəyərdim ki, məşqlər daha yaxşı proqramlarla keçilsin. Uşaqları futboldan bezdirmək olmaz. Onları həvəsləndirmək, futbola olan istəklərini artırmaq lazımdı.

– Bunun səbəblərini nədə görürsən? Dediyin fərq nədən yaranır?

– Onun səbəbini bilmirəm. Burda altı məşqçim olub. Hərəsinin öz iş prinsipi olub. Onu deyə bilərəm ki, həmişə Mirbağır müəllimin olduğu komandada oynasaydım, deməzdim ki, futboldan bezmişəm. İndi üzdə olan futbolçuların əksəriyyətini o yetişdirib. Mən onun gələcəkdə daha yaxşı futbolçular kəşf edəcəyinə inanıram.

– Futbolsuz darıxırsan?

– Çox darıxıram.

Son yazılar

To Top