Kannavaronun yeni klubu
22.09.2022 , 18:29

İtaliyalı məşqçi Fabio Kannavaronun yeni iş yeri müəyyənləşib.
Korner.az xəbər verir ki, mütəxəssis İtaliyanın 2-ci liqasında mübarizə aparan “Benevento”nu çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanıb.
Qeyd edək ki, Fabionun son iş yeri Çin millisi olub.
