İtaliya klubu baş məşqçisiz qaldı
23.03.2021 , 17:19
“Frozinone” baş məşqçisi Alessandro Nesta ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nesta ilə yanaşı, köməkçiləri də istefaya göndərilib.
Qeyd edək ki, Alessandro Nesta 2019-cu ilin iyunundan “Frozinone”ni çalışdırırdı.