Dünyanın bir sıra yığma komandaları yoldaşlıq görüşləri keçirməkdə davam edir.
Korner.az-ın məlumatına görə, ötən gün daha 6 qarşılaşma baş tutub.
Finlandiya səfərinə yollanan Latvia qələbə qazanıb. Normal vaxtı 1-1 bitən matçda, oyunun taleyi penaltilər seriyasında müəyyən olunub. 11 metirlik cərimə zərbələrində daha dəqiq oynayan Latviyalılar (4:5) qələbə qazanıblar.
Doğma divarlar arasında Meksikanı qəbul edən Brazilya məğlub olub. Görüşün ilk yarısında meksikalılar, Dos Santos və Hernandezin vurduğu qollarla qələbəni bayram ediblər.
Son dünya və Avropa çempionu İspaniya millisi isə Çinlə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Matçın taleyini bir qol həll edib. David Silvanın matçın 84-cü dəqiqəsində vurduğu qol ispanlara qələbə qazandırıb – 1:0.
3 iyun
Beynəlxalq yoldaşlıq görüşləri
Finlandiya – Latviya – 1:1 (Penaltilər seriyası – 4:5)
Qollar: Kolehmaynen, 51
(1:0), Qauraks, 54 (1:1)
Estoniya – Litva – 1:0
Qol: Vosbokoynikov, 18 (1:0)
Braziliya – Meksika – 0:2
Qollar: Dos Santos, 22 (0:1), Hernandez, 33-pen (0:2)
İspaniya – Çin – 1:0
Qol: David Silva, 84 (1:0)
