big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Kaxaber Sxadadze: ” O, özünü AZAL-ın heyətində kifayət qədər əla göstərmişdi”

04.06.2012 , 05:53

“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin klubun rəsmi saytına müsahibə verib.
Korner.az həmin müsahibəni sizə təqdim edir:

– Mövsümün başa çatmasından sonra “İnter” transfer bazarında fəal işlərə başladı və komandaya bir neçə futbolçunu cəlb etməyi bacardı. Komandanın yeni futbolçuları haqqında nə deyə bilərsiniz?

– Komandanın tərk edilmiş qapıçılarının yerinə Gürcüstanın gənclərdən ibarət milli komandasında birlikdə çalışdığımız dövrdən yaxşı tanıdığım qolkiper Revaz Tevdoradzeni cəlb etdik. O, bizimlə birlikdə toplanışa gəldi və istərdim ki, onun kvalifikasiyasına qapıçılar üzrə məşqçimiz Cəmaləddin Əliyev də əmin olardı. Bundan başqa, qapıçı mövqeyinə çox təcrübəli Elşən Poladovu da cəlb etdik. Ötən mövsüm Dmitri Kramarenkonun getməsindən sonra bu mövqe ilə bağlı müəyyən problemlərimiz yaranmışdı. Məhz buna görə belə bir qərara gəldik ki, bizə təqribən eyni gücdə olan 3 qapıçı lazımdır.

Sahə oyunçularına keçək. Bu yaxınlarda belə bir xəbər oxudum ki, biz Daniel Genovu sıralarımıza qatmışıq. Lakin unutmaq lazım deyil ki, biz bu futbolçu ilə 2 il öncə müqavilə imzalamışıq. Açıq şəkildə deyim ki, biz onu kənddə tapmışdıq. Həmin vaxt o, bizimlə keçirilən yoldaşlıq matçında yaxşı təsir bağışlamışdı və biz bu oyunçu ilə müqavilə imzalamaq qərarına gəlmişdik. Qeyd edim ki, onun müsbət keyfiyyətlərilə yanaşı, çatışmayan cəhətləri də var. Birincisi, bu psixoloji və fiziki kondisiyadır. Lakin son zamanlar o, fiziki planda çox artırıb, psixoloji planda isə ona işləmək lazımdır. Bununla belə, biz onunla daha bir il müddətinə müqavilə imzaladıq və ümid edirik ki, D.Genov “İnter”ə kömək edə biləcək.
Digər yeni futbolçu – Tales Şüts özünü AZAL-ın heyətində kifayət qədər əla göstərmişdi. Düşünürəm ki, bu keçid oyunçunun daha böyük inkişafına təkan verəcək. Axı o, özünü avrokuboklarda göstərmək üçün əla şans qazandı. O, taran tipli forvarddır, lakin braziliyalı mənşəyi istər texnikada, istərsə də topla davranışında özünü göstərir.

Giorgi Adamiyanın da təqdimata ehtiyacı yoxdur. Şəxsən mən belə düşünürəm ki, o, Azərbaycan çempionatlarının tarixində ən yaxşı futbolçulardan biridir. Ümid edirəm ki, G.Adamiya vaxtilə “Neftçi”, “Bakı” və “Qarabağ” komandalarına kömək etdiyi kimi, bizə də kömək edəcək.

Son iki mövsüm əsas heyəti tərk etməyərək ölkə çempionu olmuş Slavço Georgiyevski barədə onu deyə bilərəm ki, bu oyunçu böyük təcrübəyə malikdir. Biz şadıq ki, onu sıralarımıza cəlb edə bildik. Gənc futbolçu Ramil Həşimzadə özünün perspektivliyilə fərqlənir və biz ümid edirik ki, o, mütləq artıracaq. Hazırda biz bu futbolçuların hamısı ilə müqavilə imzalamışıq.

– Bundan başqa, “İnter”ə həmçinin özünün liderlərini də saxlamaq müyəssər oldu…

– Bəli. Biz Petar Zlatinovla müqavilə imzaladıq. Artıq Vladimir Levinlə məsələ də həll edildi və Bakıya qayıdan kimi, onunla yeni müqavilə imzalanacaq. Bundan başqa, Giorgi Lomaya, Baçana Sxadadze, Nizami Hacıyev və Arif Daşdəmirovla müqavilə müddəti uzadıldı. Digər futbolçular – İbrahima Niasse, Valeri Abramidze, Asif Mirili və Samir Zərgərov çoxdan müqavilə müddətini uzadıblar. Yarım ildən sonra Asif Məmmədovun müqavilə müddəti başa çatacaq. Ancaq biz onunla müqavilə müddətini indidən artırmaq istəyirik. Hələlik tamamilə uyğunlaşa bilməyən Əziz Quliyevin müqaviləsi var, lakin biz onun güclü tərəflərini də bilirik, o, mütləq özünü göstərməlidir.

– Amma transfer işləri hələ başa çatmayıb və gözlənilir ki, “İnter” bir neçə futbolçularla güclənəcək. Bu barədə ətraflı bilmək istərdik…

– Biz artıq iki mərkəzi müdafiəçi ilə danışıqlar aparmışıq. Deyim ki, hər iki futbolçu Fransadandır. Onlar uzun müddətdir, 4 mövsümdən artıq Fransanın yüksək liqalarında çıxış edirlər. Hər iki oyunçu kifayət qədər yüksək səviyyəlidir. Bundan başqa, daha bir kənar müdafiəçilə danışıqlar aparırıq. Bizə daha bir hücumçu və pleymeyker lazımdır. Mən artıq demişəm ki, ötən mövsümlərarası dövrdə biz əsasən yerli kadrlara aksent edəcəyik. İndisə bizə komandanın avrokuboklarda uğurla çıxış etməsi üçün xarici bazarda güclənmək lazımdır.

– Türkiyədə təlim-məşq toplanışına əsas komanda ilə bir neçə gənc futbolçu da yollandı. Bu uşaqlar barədə nə deyə bilərdiniz?

– Bəli,bu, birincisi, böyük ümidlər bəslədiyimiz Aleksandr Qrossdur. Bundan başqa, bizimlə birlikdə Türkiyəyə hücumçu Ramil Mansurov da yollandı. Artıq uzun müddətdir əsas komandanın sıralarına gənc Fuad Bayramov cəlb edilir. Bu futbolçu əvəzedici heyətdə oynamaqla mövsümün ikinci hissəsini əsas heyətlə məşq edərək keçirdi. Bu mövsümdə onu tədricən birinci heyətə cəlb etməyi planlaşdırırıq. Sadalanan futbolçulardan savayı bizimlə toplanışa gənc Mirsahib Abbasov və Ruslan Cəfərov da yollandılar. Birinci komanda ilə çalışmaqla onlar artıq artıracaqlar.

– "İnter" Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Artıq “İnter”in bütün potensial rəqibləri məlumdur. Bu komandalar barədə nə deyə bilərsiniz?

– Əlbəttə ki, bu komandaları bir neçə kateqoriyaya ayırmaq olar. Hər şey çempionatın səviyyəsindən asılıdır. Burada çempionatı heç də pis olmayan Moldova nümayəndəsi, Gürcüstandan çox yaxşı komanda “Torpedo Kutaisi” var. Bu siyahıda Sloveniya komandası, Macarıstan nümayəndəsi, həmişə oyunlarıyla fərqlənən Qazaxıstan klubları da var. Digər komandalar da ambisiyalara malikdir. Burada, açıq desək, digər komandalardan zəif olan klublar da var. Lakin istənilən halda bizə qarşıdakı matçlara ciddi şəkildə hazırlaşmaq lazımdır, axı müasir futbolda zəif rəqiblər olmur.

– “İnter”in Avropa Liqasında məqsədləri və vəzifələri nədir?

-Hazırda konkret olaraq ilk mərhələyə hazırlaşırıq və yalnız bu barədə düşünürük. Sonra isə digər məsələlər haqqında düşünməyə başlayacağıq. Bizim düşüncələrimiz bütövlükdə birinci təsnifat mərhələsinin oyunlarına yönəldilməlidir.

– “İnter”in hazırlıq planı Avropa Liqasının birinci seçmə mərhələsinin keçəcəyi ölkədən asılı olacaq?

– Bəli. Türkiyədə 11 günlük məşq toplanışının başa çatmasından 3 gün sonra Sloveniyaya ikinci toplanışa gedəcəyik. Əgər birinci matçı evdə oynayarıqsa, o zaman Sloveniya toplanışını iyunun 29-da başa vuracağıq və həmin qarşılaşmaya Bakıda hazırlaşacağıq. Püşkatmanın nəticəsinə görə, ilk oyun rəqib komandanın stadionunda keçiriləcəksə, o halda toplanışın müddətini uzadacağıq və Avropadan birbaşa matçın keçiriləcəyi ölkəyə yollanacağıq. Hazırlıq planımız belədir.

Son yazılar

To Top