big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər Lənkəran” “Neftçi”yə 0:5 hesabı ilə uduzursa, komandanın başında dayananın kimliyi mənə maraqlı deyil”

03.06.2012 , 15:36

“Məşhur fanatlar” layihəsinin növbəti qonağı populyar müğənni, əməkdar artist Baloğlan Əşrəfovdur. Onunla şadlıq evlərinin birində görüşdük. Toya dəvət almışdı. İmkan tapıb suallarımızı cavablandırdı. Özü toy əhval-ruhiyyəsində olsa da, Azərbaycan futbolunun hazırkı ilə bağlı açıqlamalarında xeyli sərt idi…

– Deyəsən, əvvəllər “Neftçi”yə azarkeşlik etmisiniz…

– Əvvəla, bütün futbolsevərləri salamlayıram. Futbola maraq elə bir şeydir ki, insanın kimliyinə, hansı statusu daşımasına, məşhurluğuna dəxli yoxdur. O, insanın daxilindən gələn bir hissdir. Təqribən 19-20 yaşlarımdan “Neftçi”yə azarkeşlik edirdim. O vaxtlar bizim tanıdığımız, Azərbaycanı SSRİ miqyasında təmsil edən yeganə komanda “Neftçi” idi. “Neftçi”nin hər bir uğuruna sevinirdik. Futbolla bağlı maraqlı əhvalatım var: Toylara aldığım sifarişlər bir il öncədən dolurdu. Təqvimdə “Neftçi”nin Bakıda keçirəcəyi oyunların günlərini tapırdım və həmin günlərin qarşısına “Bakı” sözünü yazırdım. Guya həmin günlərdə mən paytaxt toylarına sifariş almışam. Amma toya bir gün qalmış uşaqlara deyirdim ki, sabah toyumuz yoxdur, dincələ bilərsiniz. Bir gün belə, ikin gün belə, axırda uşaqlar dedi ki, axı necə olur ki, millət bir il öncədən Baloğlan müəllim üçün növbəyə dayandığı halda, özü Bakıdakı toyundan imtina edir? Günlərin birində “ilişdim”. Məni kimsə Bakıda stadionda gördü. Dedi ki, bu gün sən paytaxtda toyda olmalı idin, burda nə edirsən? “Sən Allah, səs salma. Bu, məndə xəstəlikdir” cavabını verdim. Amma məlumat gedib Lənkərana çatdı. Bir gün toy sahibi mənə dedi: “Qardaş, sənin üçün nə lazımdırsa, edim. Mənim toyumda oxu”. Həmin gün futbolun olduğunu bildirdim. Dedi: “Televizoru gətirib qoyacağam musiqiçilərin stolunun altına. Ora antenna da qoşacağam. Oxuya-oxuya futbola da baxarsan”. Elə də oldu. Toyxanadakıların demək olar ki, çoxu bundan xəbərsiz idi. Amma sərpayı gördü ki, mən oxuya-oxuya gözümü aşağıya dikmişəm, həm də təhlükəli vəziyyətlər olanda durub-otururam. Dərhal burada nə isə bir iş olduğunu anladı. Fırlandı, gördü ki, mən televizora baxıram. Sonradan bütün toy əhli də hər şeyi başa düşdü.

– Bəs xarici komandalardan hansına maraq göstərirdiniz?

– Yığma komandalardan Braziliyanın oyunlarına baxırdıq. O vaxtlar sovet dövrü idi. SSRİ yığması kiminləsə oynadıqda, ona azarkeşlik edirdik. Bir sıra gözəl futbolçunun oyununu televiziya vasitəsilə izləmişəm. Pele, Joarzinyo, Qarrinça, Eysebio kimi oyunçulara azarkeşlik edirdik. SSRİ dağıldıqdan sonra Azərbaycanda ayrı-ayrı bölgələrin komandaları formalaşmağa başladı. Lənkəran bölgəsi mənim doğulduğum yerdir. Sənətə addımlarımı orada atmışam. O torpağı, oranın insanlarını sevirəm. Üstəlik, məni ikinci dəfə bu dünyaya qaytaran Mübariz Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran” da doğmadır. Bu komandanın sevincinə sevinmişəm, kədərinə kədərlənmişəm. İstərdim ki, Azərbaycan futbolu daim rəqabət şəraitində keçsin, daim gözəlləşsin. “Xəzər Lənkəran”a azarkeşlik etsəm də, Avropa kuboklarına vəsiqə qazandığı vaxt mənim üçün heç bir komandamız arasında fərq olmur. İndi “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Bakı” avrokuboklara vəsiqə qazanıb. Bunların hər biri ölkədən kənarda mənim üçün əzizdirlər, doğmadırlar. Ötən il Bakıda bir çox komandanın oyunlarına baxırdım. “Qarabağ”ın Avropa Liqasındakı matçlarını izləmişdim. Ağdam komandasının uğurlarına daha çox sevinirdik. Bu, mənim futbola olan marağım, hobbimdir.

– “Neftçi” və “Xəzər Lənkəran”a azarkeşlik etdiyinizi dediniz. Amma 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində Masallı “Viləş”inin oyunlarını da izləyirdiniz…

– Mən Masallı rayonunda doğulmuşam. Masallı şəhər stadionu ilə evimiz arasında 8 km məsafə var. Ona görə də bu rayonu təmsil edən “Viləş”i dəstəkləyirdim. Hazırda fəaliyyət göstərməsə də, komandanın sabiq futbolçuları arasında yaxşı dostlarım var. Alay Bəhramov, Qəhrəman Əliyev, Çingiz Həşimovu xüsusi qeyd edərdim. Sonradan “Viləş” dağıldı. Hələ də fəaliyyətini davam etdirsəydi, həm “Xəzər Lənkəran”a, həm də “Viləş”ə azarkeşlik edəcəkdim. Çünki hər ikisi mənə doğmadan doğmadır. Buna söhbət ola bilməz. Onu da qeyd edim ki, populyarlığım, tanınmağım oyunlara gedib baxmağıma heç bir təsir etməyib. İndiki Bakı Dövlət Universitetində təhsil aldığım vaxt bir əzazil müəllimimiz vardı. Ondan elə qorxurduq ki, görəndə gizlənirdik. Günlərin bir günü “Neftçi”nin oyununa baxırdım. Gördüm ki, bu müəllim mənim yanımda oturub. Amma mənim kimi yüzlərlə tələbəsi olduğundan, o, məni tanımadı. Gördüm ki, ali məktəbin auditoriyasında xeyli ciddi, zəhmli görünən bir insan mənim yanımda oturub-durur, qışqırır, söyüş söyür. Mən buna təəccübləndim. Axı onu belə tanımamışdım. Sonradan başa düşdüm ki, azarkeşlik nə deməkdir. Ona “Müəllim, görürsünüz də necə pis oynayırlar” söylədim. Əvəzində “Mənim müəllim olduğumu haradan bilirsən?” cavabını aldım. “Mən Sizin tələbənizəm” söylədim. O isə “Sus! Məni burda görməmisən!” deyə xəbərdarlıq etdi. Yəni cəmiyyətimizdə kimliyindən asılı olmayaraq, futbola maraq hər kəsdə ola bilər. Mən istərdim ki, futbola rəhbərlik edən, sərmayə qoyan şəxs sırf futbol xəstəsi olsun. Amma elə şeylər görmüşəm ki, əsəblərim götürmür: Futbol başlayır, amma rəhbər şəxslərdən biri çöldə dostları ilə birgədir. 15 dəqiqə gecikir, qarnını qabağa verərək adamların arası ilə aşağı düşür, onun üçün ayrılan yerdə oturur. Mən belə futbol idarəçilərini sevmirəm. Futbola 15 dəqiqə gecikir, oyunu 15 dəqiqə tez tərk edir. Beləsinə futbol necə maraqlı ola bilər? Beləsinə futbolu tapşırmaq olmaz.

– Kimi nəzərdə tutursunuz?

– Nə isə… Belə rəhbərləri çox görmüşəm. Adlarını çəkməyə ehtiyac yoxdur. Ümumiyyətlə, demək istəyirəm ki, futbolda yalnız bu idman növünün xəstələri olmalıdır. Qol buraxanda ağlamalı, kədərlənməli, vuranda qışqırmalıdır. Yoxsa futbola başqa bir şey kimi yanaşmağı qəbul edə bilmirəm, oyunun sonlarına 10 dəqiqə qalmış stadionu tərk edənlərə pis yanaşıram. O vaxtlar dəfələrlə şahidi olmuşam ki, sona 3-5 dəqiqə qalmış “Neftçi” qol vurub.

– Mübariz Mənsimovla tanışlığınız nə vaxtdan başlayıb?

– Mənsimovgil Masallının Mahmudavar, mən isə Bədəlan kəndindənəm. Kəndlərimiz qonşudur. Düzdür, Mübariz həmin kənddə yox, Bakıda doğulub, amma məsələ bunda deyil. Mənimlə bağlı məlum hadisədən 10 il öncə onun ana-atasının ad günlərində, bacısının toyunda oxumuşdum. O ailənin mənə xüsusi rəğbəti olub. Mən ağır xəstəliyə düçar olanda valideynləri onun diqqətinə çatdırdılar. Mübarizin özü də futbol fanatıdır. İndi də görürsünüz ki, hansısa komandanı almaq istəyir. Çünki futbola diqqət göstərir. “Xəzər Lənkəran” uduzduqda necə əsəbiləşdiyinin şahidi olmuşam. Əsl futbol idarəçisi belə olmalıdır.

– “Neftçi” ilə “Xəzər Lənkəran” arasında son illər çox güclü rəqabət yaranıb. Amma artıq iki mövsümdür ki, paytaxt komandası çempion olur. Hər dəfə də bu, müəyyən söz-söhbətlərə yol açır. Siz bunun səbəbini nədə görürsünüz?

– Mən hansısa komandanın uğuruna xələl gəlməsinin tərəfdarı deyiləm. Amma istərdim ki, hamı təmiz futbol oynasın. Oyunu satanlara nifrət edirəm. Adam dəli olur. İstəyirsən ki, tüpürəsən, futboldan uzaqlaşasan. Oyunlara pul qoyurlar, milyonlar yığılır, onun vasitəsilə matçların nəticəsinə təsir edirlər. Belə halları sevmirəm. Bu, futbola böyük zərbədir. Futbol kollektiv oyundur, bu oyundan zövq almaq lazımdır. Musiqi kimi. Əl atıb nə isə götürmürsən, amma qələbədən mənəvi uduş əldə edirsən. Məsələn, mənim komandam qələbə qazandığı gün elə sanıram ki, dünya mənimdir. Heç kəsi acılamıram, pis söz demirəm. Amma komandam uduzanda istəyirəm ki, heç nədən dava salım. Futbola maraq belə olmalıdır. Məsələn, mən “Xəzər Lənkəran” azarkeşlərini dünyanın bütün azarkeşlərindən yüksək qiymətləndirirəm. Bu komandanın oyunlarında dəfələrlə olmuşam. Onlarda olan çılğınlıq, ehtiras! Əsl belə olmalıdır. Digər tərəfdən, “Xəzər Lənkəran” azarkeşləri heç vaxt qeyri-qanuni hərəkəti sevmirlər. Komandaları qanunauyğun şəkildə uduzanda da alqışlayırlar. Amma zorakılıq, hakimliklə bağlı problemə mənfi münasibət bəsləyirlər. Əsl futbol hakimləri tamaşaçıları nəzərə almalı, onların əsəbləri ilə oynamamalıdırlar. Amma bir problem yarananda tamaşaçıları qınayırlar. Oyun düzgün getməlidir. Günaha batmaq istəmirəm. Hərdən “elədi-belədi” deyirlər. Amma fakt budur ki, “Neftçi” qol vurub, nəticə qazanıb, birinci olub. Bu halda mən nə edim? Əgər bu komanda 2-3 tur öncədən çempion olursa, nə demək olar?

– Digər klublarımızdan “Neftçi”yə kömək edənlərin olduğu bildirilir…

– Bu barədə bir söz deyə bilmərəm. Əgər həqiqətən də belə bir şey varsa, bunun günahı elə futbolumuzun başında dayananlardadır. Niyə Türkiyədə o qədər insanı basdılar içəri? Məgər Azərbaycanda da belə hallar olsa, kimlərisə həbs etmək olmaz? Ölkəmizdə futbolun inkişafına yaxşı pul ayrılır. Nəyə lazımdır belə oyunbazlıq? Futbola görə ona-buna dilənçi payı vermək nəyə lazımdır? Canları çıxsın, nəticə qazansınlar.

– Hazırda futbolumuzdakı durumu necə dəyərləndirirsiniz?

– Biz artıq 20 ildir ki, müstəqillik qazanmışıq. Niyə 20 il ərzində Azərbaycan dünya arenasına tikdirdiyi gözəl binalar, sosial-iqtisadi inkişaf tempi, idmanın digər növlərində qazandığı uğurlarla çıxır, futbolda isə bu, mümkün olmur? Səbəbi nədir? Niyə klub, yığma səviyyəsində inkişaf ümumiyyətlə yoxdur? Səbəbini kim axtarmalıdır? Mənmi axtarmalıyam? Niyə futbolçularımızın fiziki durumu cəmi 20 dəqiqə mübarizə aparmağa kifayət edir? Sonra da deyirlər ki, biz hələ təzə-təzə futbolu inkişaf etdirməyə başlamışıq. Xeyr, elə şey yoxdur! 20 il ərzində biz göydələnlər tikmişik, gözəl-gözəl layihələri həyata keçirmişik. Bunları edə bilirik, futbolçularımızın fiziki durumunu yaxşılaşdıra bilmirik? Nə etmək lazımdır ki, yerli oyunçular legionerlərlə eyni səviyyəyə çatsınlar? Axı nə vaxtadək gözləmək lazımdır? Vaxtilə Türkiyə yığması “Neftçi” ilə yoldaşlıq görüşü keçirmək istəyirdi. “Neftçi” razılıq verməmişdi. Demişdilər ki, belə komandanın nəyi ilə oyun keçirək? Özümüzü biabır edə bilmərik. Amma sonrakı illərdə Türkiyə futbolu xeyli irəli getdi, biz isə geriyə. Bəs bizdə nə vaxt futbol inkişaf edəcək? Deyirlər ki, uşaqlar üçün futbol məktəbləri yaradırıq. Yaradırsınızsa, hanı? Niyə ordan-burdan futbolçu gətiririk, amma özümüzdən bir dənə futbolçu tapa bilmirik? Bunlar çox böyük məsələlərdir. Bu müsahibəni oxuyandan sonra “Biz onsuz da bilirik də…” deyəcəklər. Bilirsinizsə, edin də. Bəs biz yazıq deyilik? İstəmirik ki, futbolumuz yaxşı olsun?

– Tez-tez qadınlardan ibarət yığmamızın uğurlarından danışılır. Hətta bu il Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı da olacaq…

– Qadınlar yaxşı nəticə göstərəcəklərsə, ayıb olsun bizə! Elə isə kişilər arasında futbolumuz niyə inkişaf etmir? Mən 17 yaşlı qızlarımızın oyununa baxmışam. Çox gözəl də oynayırlar. Onlar cəmi 2-3 il ərzində təcrübə qazanıblarsa, kişi komandalarımız 20 ildir futbol oynayırlar. Futbolun inkişafı üçün rayonlarda gözəl-gözəl stadionlar yaradılmalıdır. Məşq meydançaları olmalıdır. Azərbaycanın yaxşı büdcəsi var. Bir neçə ay ərzində “Eurovision” üçün gözəl bir “Kristal Zalı”nı tikdik. Puldan bir qədər də infrastruktura ayırmaq lazımdır ki, futbol inkişaf etsin.

– Azərbaycan Kubokunun finalına baxdınız?

– Mayın 17-də elə bir yerdə idim ki, oyunu əvvəldən izləyə bilmədim. Yəni, paytaxtda deyildim. “Neftçi” – “Bakı” matçının elə bir vaxtına çatdım ki, dedilər: “yaxşı bir qol vurulub” (“Bakı”nın futbolçusu Xavyer Juniorun qolunu nəzərdə tutur – E.M.). “Bakı” 2:0 hesablı qələbəyə layiq idisə, halal xoşları olsun. Bu komandada da gözəl oyunçular var. Məsələn, “Xəzər Lənkəran”dan gələn bir Uinston Park adlı hücumçu da orda oynayır.

– Yeri gəlmişkən, “Xəzər Lənkəran”da çıxış etmiş Uinston Parksın ardından Julius Vobayın da başqa klubumuza keçmə variantı yaranıb. Sevimli komandanızın oyunçularının digər klublarımız tərəfindən ələ keçirilməsinə necə yanaşırsınız?

– Özümdən bir misal çəkim: Mənə zəng edib toya çağırırlar. Deyirəm: “Haradan zəng edirsiniz?” Ucqar bir kənddən olduğu müəyyənləşir. Gedə bilməyəcəyimi deyirəm. Amma onun təklif etdiyi məbləğdən iki dəfə aşağısını Bakıda mənə verirlər, gedirəm. Nədən ki, bura yaxındır. Futbolçular da elədir. Onlara əvvəlcədən xəritəni açıb göstərirlər. Deyirlər ki, bu rayondur. Oyunçular da əyalət olduğunu görürlər, ya birbaşa etiraz edirlər, ya da müəyyən müddət orada çıxış etdikdən sonra paytaxt komandalarına can atırlar. Gizli danışıqlar aparırlar ki, mərkəzə gəlsinlər. Mübariz Mənsimov qədər kluba pul xərcləyən ikinci adam tanımıram, tanımaq da istəmirəm. Nə deyirlərsə, edir. Pul problem deyil.

– Sonuncu dəfə stadionda nə vaxt oxumusunuz?

– Bu yaxınlarda “Bakı”nın yeni meydançasında veteranlar arasında keçirilən oyun öncəsi mahnı ifa etdim. 2007-ci ildə isə xəstəxanadan yeni qayıtmışdım. Həmin vaxt “Xəzər Lənkəran” həm çempion oldu, həm də ölkə kubokunu qazandı. Lənkəran şəhər stadionunda çempionluğu qeyd edirdik. Meydançaya oxumağa çıxanda 15 mindən çox insan məni necə alqışladısa, legionerlər də “Bu, görəsən kimdir ki, bütün stadion ona əl çalır?” deyə təəccüblü qaldılar. İnşallah, “Xəzər Lənkəran” yenə çempion olsa, oxuyacağam.

– Kubokun finalında şou-proqram təşkil olundu. Sizə oxumaq üçün dəvət gəlməmişdi?

– (gülür) Xeyr. Onlar mənə dəvət göndərməzlər. Çünki mən “Xəzər Lənkəran”ın azarkeşiyəm. Amma elə oyunlar var ki, izləməyə dəyər. Bakıda olsaydım, kubokun finalına stadionda baxacaqdım.

– “Xəzər Lənkəran” azarkeşi olmağınız toy biznesinizə təsir edir?

– Qətiyyən! Digər komandaların rəhbərliyi və ya azarkeşləri də toy edərkən bilirlər ki, futbolun toylara aidiyyatı yoxdur. Məni sevənlərin çoxu futbol azarkeşləri deyil.

– Hazırkı futbolçulardan kimlərlə yaxınsınız?

– Qapıçı Kamran Ağayevlə dostam. Onun şənliklərində iştirak edirəm. Ağayevlə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik arasındakı qalmaqaldan xəbərdaram. Mənim belə qalmaqallarla aram yoxdur. Mənə futbol lazımdır. Əgər “Xəzər Lənkəran” “Neftçi”yə 0:5 hesabı ilə uduzursa, komandanın başında dayananın kimliyi mənə maraqlı deyil. Dərhal beynim çönür. Onun yaxşı və ya pis məşqçi olduğunun fərqinə varmıram. Mənə qələbə lazımdır. Haradan bilim ki, baş məşqçi ilə futbolçular arasında problem var? Mən Rednikin fəaliyyətinə pis yanaşmamışam. Çünki fikrimcə, o, mütəxəssis idi. Komandanın qazanında nə qaynadığını bilmərəm. Futbol qurtarandan sonra komanda üzvlərinin paltardəyişmə otağında bir-birinə nə dedikləri məni maraqlandırmır. Həmin gün ona görə şoka düşdüm ki, “Xəzər Lənkəran” “Neftçi”yə 0:5 hesabı ilə uduzdu. Mən də əsəbiləşdim və bir neçə kəlmə söz dedim. Əslində bu, mənə lazım deyildi. Daxildə baş verənlər mənə maraqlı deyil. Elə etməsinlər. Tamaşaçıları düşünsünlər. Amma sonradan öyrənirəm ki, nələrsə baş verib.

– Yunis Hüseynovu necə dəyərləndirirsiniz?

– Mənə dəfələrlə azərbaycanlı baş məşqçilər barədə suallar veriblər. Həmişə 3-4 nəfərin adını çəkmişəm: Qurban Qurbanov, Ağasəlim Mircavadov, Nazim Süleymanov, Qəhrəman Əliyev və Yunis Hüseynovun adlarını çəkmişəm. Süleymanovu çox gözəl mütəxəssis kimi tanıyıram. Hüseynovun oyununa da böyük simpatiyam vardı. İndi də bir mütəxəssis kimi işindən razıyam. Öz həmyerlimizdir.

– FİFA “Xəzər Lənkəran”ın hesabından 6 xal silmişdi. Sonradan klubun İdman Arbitraj Məhkəməsinə müraciətinizdən sonra xalınız qaytarıldı. Bunu necə qarşıladınız?

– Mən həmin vaxt bir şeyi sezdim: AFFA 6 xalın qaytarılması üçün hay-küy qaldırmadı, elə də canfəşanlıq etmədi. Bəlkə də səhv edirəm. Əgər səhv edirəmsə, üzr istəyirəm. Yenə Allah Mübarizin, “Xəzər Lənkəran”ın bütün rəhbərliyinin canını sağ eləsin. Onlar böyük iş gördülər, xalları geri qaytardılar. Başa saldılar ki, lazım olarsa, eləmək mümkündür. Bunu gərək AFFA edəydi. Mən Azərbaycana sağlam, rəqabətli, təmiz futbol arzulayıram. Bir də arzu edərdim ki, futbolun başında dayananlar insafla iş görsünlər. Heç bir neqativ hala yol verməsinlər. Qoy, hər kəs halal oyunu ilə nəticə əldə etsin. Heç kəsi “sındırmasınlar”. Olmaz. Futbolun başında dayananlar elə adamlar olmalıdırlar ki, onlar üçün “Xəzər Lənkəran” da, “Neftçi” də, bir sözlə, bütün komandalar əziz olmalıdır.

– “Qarabağ” ardıcıl 3 mövsümdən sonra Avropa kuboklarından kənarda qalmasına münasibətiniz necədir?

– “Qarabağ”ın sərgilədiyi oyuna çox böyük simpatiyam var. O komandanın çıxışına baxanda elə bilirdim ki, azərbaycanlılardan ibarət bir komandadır. Nə bilim, vallah! Deyəsən, orada para məsələsi var. Amma çox gözəl oyunçulara malik idilər. Heyf ki, oyunçuları komandanı tərk edir. Halbuki orada gözəl bir kollektiv yaradılmışdı. Bilmirəm, onları maddi baxımdan təmin etmədilər, ya elə bir problem yarandı ki, komanda belə oldu. Mən çox istərdim ki, avrokuboklarda “İnter”dənsə “Qarabağ” iştirak etsin. Çünki bu komandanın 90 faizi azərbaycanlı balalarıdır. Ağdam komandasının qitəmiqyaslı turnirlərdən kənarda qalması xoşagələn hal deyil.

– Siz populyar müğənni, əməkdar artistsiniz. Azərbaycanlı futbolçuların isə heç bir uğuru olmayıb. Amma onlar Sizdən çox qazanırlar. Buna necə yanaşırsınız?

– İnşallah, xalq artisti fəxri adını da almağım gözlənilir. Azərbaycanlı futbolçuların çox qazanmasına gəldikdə, dünya praktikasında elə şeylər var ki, hamı tərəfindən qanunauyğunluq kimi qəbul olunur. Məsələn, Lionel Messi də futbolçudur, Rahid Əmirquliyev də. Hər ikisi bizdən çox qazanır. Bu, futbola daha böyük diqqətin nəticəsidir. Onlar bizdən daha çox əziyyət çəkir, enerji itirirlər. Zədə və digər xoşagəlməz hallarla da üzləşə bilərlər. Biz də pul qazanırıq, amma onlar kimi qazana bilmərik. Bu, dünyanın hər yerində belədir. Təkcə Azərbaycanda deyil ki… Hər yerdə futbolçular müğənnilərdən çox qazanırlar.

– 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasiminə ABŞ müğənnisi Cennifer Lopes də dəvət olunub. Bəs Sizi niyə dəvət etməyiblər?

– O haqda mən də eşitmişəm. Bu, artıq mənim problemim deyil. Bizdə belə bir adət var: Kasıb toyuna elə bir müğənni gətirmək istəyir ki, kənddəkilər “Görürsən, filankəsin toyuna kim gəlmişdi” desinlər. İmic qazanır və özünü hamıdan üstün sayır. İndi o gələn də məndən və mənim azərbaycanlı həmkarlarımdan heç nə ilə fərqlənmir. (kinayə ilə) Cennifer Lopes də yazıq deyil? Qoy, o da bir az pul qazansın da… Amma Lopesə verilən pula yaxşı bir oyunçu alsalar, daha münasib olar. Biz Cenniferi o zaman gətirə bilərik ki, Azərbaycanın adı FİFA reytinqində yüksək pillələrdə olsun, futbolumuz futbol olsun, komandalarımız yüksək nəticələr göstərsinlər. Bu halda təkcə onu yox, Maykl Ceksonu qəbirdən çıxarıb gətirmək olar. İndi isə hansı günümə gətirirəm? Dediklərim kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Ancaq mən bir futbol azarkeşi kimi öz düşündüklərimi dedim. Allah hamıya can sağlığı versin. Mən pis niyyətlə danışmıram. Mənə gözəl futbol lazımdır. Musiqiçi olmaqla bərabər, tamaşaçıyam. İstərdim ki, Azərbaycan futbolu inkişaf etsin.
lent.az

Son yazılar

To Top