big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“İnter”in futbolçusu Nazim Süleymanov haqqında nə dedi? (MÜSAHİBƏ)

16.11.2013 , 12:16

“İnter”in futbolçusu Ruslan Əmircanov klubun rəsmi saytına müsahibə verib.

Korner.az həmin müsahibəni sizə təqdim edir.

-Ruslan, “Simurq”la matç kifayət qədər mürəkkəb alındı. Ancaq hər iki tərəfin cəhdlərinə baxmayaraq tamaçaşılar bu görüşdə qol görmədilər.
 
-Biz bilirdik ki, görüş çox ağır olacaq. Birinci dövrədə bu komandaya məğlub olmuşduq, buna görə də onlarla oyuna ikiqat səylə hazırlaşırdıq. Həmin məğlubiyyətin əvəzini çıxmağı çox istəyirdik. İlk hissədə “Simurq”un daha çox qol vəziyyəti oldu, lakin qapıçımız Giorgi Lomayanın inamlı oyunu qonaqlara hesabı açmağa imkan vermədi. Fasilədə məşqçimiz bəzi dəyişikliklər edildi və bundan sonra daha yaxşı oynadıq. Komanda daha inamla hərəkət etməyə başladı. Biz bir neçə təhlükəli vəziyyət yaratdıq, ancaq həmin vəziyyətlərdən yararlana bilmədik. Yekun heç-heçə bizə bir siqnal olmalıdır ki, heç bir halda rahatlaşmamalıyıq. Çempionatda zəif komanda yoxdur və hər xala layiq olmalısan.
 
-Milli komandanın oyunlarıyla əlaqədar oyundan dərhal sonra çempionatda fasilə yarandı. Necə düşünürsünüz, yaranmış fasilə “İnter”ə necə təsir  göstərəcək?
 
-Düşünürəm ki, fasilə bizə faydalı olacaq. Çempionatın ən məsuliyyətli mərhələsinə yaxınlaşmışıq və indi bizə xal toplamaq lazımdır. Fasilə çərçivəsində keçirilən məşqlərin bizə faydalı olacağını düşünürəm. Bu vəziyyət bizə “Neftçi” ilə oyuna yaxşı hazırlaşmağımıza kömək edəcək. Bir sözlə, düşünürəm ki, bu fasilənin “İnter”ə daha çox faydası olacaq.
 
-Qeyd etdiyiniz kimi, “İnter” növbəti tur “Neftçi” ilə qarşılaşacaq. Bu yaxınlarda komandaya yeni məşqçi-Nazim Süleymanov təyin edildi. Bizim gələcək rəqibimiz hazırda “Qarabağ”la turnir cədvəlində 1-ci yeri bölüşür. Qarşıdakı matç barədə nə deyə bilərsiniz?
 
– Nazim Süleymanov yerli məşqçilərin ən yaxşı nümayəndələrindən biridir. Bundan başqa, o, yaxşı futbolçu olub və bu oyunun bütün incəliklərini bilir. “Neftçi”nin nəyə qadir olduğunu bilirik. Son turda “Bakı” kimi güclü rəqiblə azlıqda oynamağa məcbur olmuşdular, lakin bu hal da onlara qələbə qazanmağa mane ola bilməmişdi. Son zamanlar “Neftçi” ilə oynumuz yaxşı alınmır. “İnter”də olduğum müddətdə bu komandayla bir heç-heçə oynamışıq, qalan oyunlardasa meydandan məğlub ayrılmışıq. Bu seriyanı dayandırmağa çalışarıq, bir də ki, doğma stadionda oynacağıq. Çox güman  ki, baş məşqçimiz bizə vacib tapşırıqlarını verəcək. Məşqçimizin bütün tapşırıqlarını yerinə yetirə bilsək, o zaman nəticə əldə edə biləcəyik.
 
-“İnter” hazırda turnir cədvəlində 5-ci yeri tutur. Necə düşünürsünüz, komanda daha yüksək yerlərə yüksələ biləcək?
 
– Bu, həm oyunçulardan, həm də məşqçilər korpusundan asılıdır. Məşqçi tapşırıqlarını verir, taktiki sxemləri seçir, ancaq onun ideyalarını reallaşdırmaq məhz futbolçulara həvalə olunur. “İnter”in yaxşı icraçıları var, kollektiv mehribandır və bu keyfiyyətlər bizə daha yüksək yerlərə ucalmağa mütləq kömək etməlidir.  Belə də, bizə yalnız meydana çıxmaq və meydanın hər sahəsi uğrunda mübarizə aparmaq qalır. Əgər mütəmadi olaraq xal toplasaq, o zaman daha yüksək yerlədən danışa bilərik. Bu, bizim məqsədimizdir və bu məqsədə doğru addımlamalıyıq.

Son yazılar

To Top