Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxır.
Korner.az-ın məlumatına görə, paytaxt klubu dördüncü sınağında Türkiyənin “Kasımpaşa” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, “bankirlər” bundan öncə yerli “İnəgölspor” (4:1), Almaniyanın “Enerji” (1:1) və Qazaxıstanın “Kayrat” (3:1) klubları ilə yoxlama oyunu keçirib.
Yoxlama oyunu
17 yanvar
17:00. İnter – Kasımpaşa