Bu mövsüm ölkəmizi Avroliqada təmsil edəcək "İnter" klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "bankirlər" milli komandanın üzvü Nizami Hacıyevlə müqavilənin müddətini bir illiyinə uzadıb.
Xatırladaq ki, müqavilə müddəti uzadılan futbolçular arasında Baçana Sxadadze, İlia Kandelaki, Giorgi Lomaya və Samir Zərgərov da var.