Bir vaxtlar "Barselona"da top qovan daha sonra Mahaçkalanın "Anji" klubuna transfer olunan Samuel Eto kataloniyalıların düşərgəsinə qayıtmaq istəyir.
Korner.az-ın məlumatına görə, baş məşqçi Pep Qvardiolanın gedişindən sonra komandaya hücumçu axtaran "Barsa" rəhbərliyi sabiq futbolçuları Etonu qaytarmaq istəyirlər. Kameronlu futbolçunun özü də bu transferin baş tutmasının tərəfdarıdır.
Qeyd edək ki, keçid baş tutarsa Samuel Eto 20 milyon avro qarşılığında kataloniyalılara keçəcək.