İlkay “Qalatasaray”da?
01.04.2024 , 23:28

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, “Qalatasaray” 33 yaşlı futbolçunu transfer etmək üzrədir.
Hazırda Kataloniya klubu ilə danışıqlar aparılır.
Gündoğanın “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
